Ölkə

Güclü küləklə bağlı əhaliyə xəbərdarlıq – Bu tarixdən etibarən

Martın 27-si gündüzdən 29-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Onlayn.media-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Gəncə, Quba, Qobustan, Mingəçevir, Xaçmaz, Gədəbəy, Göygöl, Hacıqabul, Neftçala, Kəlbəcər, Laçın, Zəngilan, Şəmkir, Samux, Yevlax, Salyan, Şirvan, Goranboy, Naftalanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Tovuz, Qazax, Ağstafa, Daşkəsən, Siyəzən, Xızı, Qusar, Şabranda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu