Şou xəbərləri

Miri Yusif həbs olunub? – Özü yaşanan hadisə ilə bağlı açıqlama verdi

Xalq artisti Miri Yusif illər əvvəl ABŞ-də həbs edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Məsələ ilə bağlı News24.az-a danışan sənətçi bildirib ki, hadisə 2006-cı ildə baş verib və bunu heç vaxt gizlətməyib:

“İndi xatırlayanda gülməli gəlir, çünki o vaxtlar çox cavan idim. Təbii ki, həbsdə olmamışam, sadəcə inzibati cəza almışdım. Daha sonra isə Azərbaycana qayıtmışam.Hazırda bu mövzunun yenidən gündəmə gətirilməsi məni cavanlıq illərinə qaytardı. Çox sağ olun, bir az nostalji hisslər bəxş etdiniz mənə”.

Qeyd edək ki, Miri Yusifin həbs olunması ilə bağlı ilk məlumatı ajans.az saytı yayıb.

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu