Ölkə
Baba Vəziroğlundan kövrəldən açıqlama – “Sağ göndərdiyimiz dostumuzu tabutda qarşılayacağıq”

“Sağ göndərdiyimiz dostumuzu tabutla qarşılayacağıq.
Bu sözləri News24.az-a açıqlamasında şair Baba Vəziroğlu deyib.
Onun sözlərinə görə, mərhum Rasim Balayevin nəşinin axşama gətirilməsi planlaşdırılır:
” Ola bilsin ki, nəşi axşama gətirildi. Lakin dəqiq deyil hələ. Dəfni barədə qərarı dövlətimiz verəcək”.
Şair həmçinin dostunun vəfatı barəsində də təəssüratlarını bölüşüb:
” Bu gün səhər ürəyi dayandı. Keçirdiyi əməliyyatlara tab gətirə bilmədi. Çox əməliyyatlar keçirib, lakin artıq ürəyi dözmədi” – deyə o qeyd edib.



