Aprel ayında inanılmaz dərəcədə uğur qazanacaq BÜRCLƏR açıqlandı

Astroloqlar aprel ayının çox hərəkətli və dönüş nöqtələri ilə dolu olduğunu bildirirlər.
Ayın əvvəlində, yəni 1 aprel Tərəzi dolunayı münasibətlər, balans və şəxsi sərhədlər mövzusunu önə çıxarır. 9 apreldə Mars Qoça keçir və enerji, impuls, cəsarət artır. 17 apreldə Qoç yeniayı yeni başlanğıclar üçün güclü impuls verir. 19 apreldə Günəş Buğaya keçir, fokus daha çox pul, sabitlik və rahatlığa yönəlir. 25 apreldə Uran Əkizlərə keçir və bu, xüsusilə ünsiyyət, fikir tərzi, texnologiya və sosial çevrə mövzularında uzunmüddətli dəyişiklik siqnalı verir.
Sfera.az bu ayın qoroskopunu təqdim edir:
Qoç
Aprel sənin ayındır. İlk 3 həftə diqqət mərkəzində olacaqsan, özünü daha güclü və görünən hiss edəcəksən. 1 aprel dolunayı münasibətlərdə “mən və biz” balansını kəskin şəkildə gündəmə gətirə bilər. 9 apreldən sonra Mars sənin bürcündə olduğuna görə enerji, ehtiras və risk alma istəyi artır. 17 apreldə yen iay isə yeni imic, yeni plan, yeni istiqamət üçün ideal zamandır. Sadəcə tələsik qərarlardan uzaq dur.
Buğa
Ayın əvvəlində bir az daxili yorğunluq və səssiz hazırlıq dövrü hiss oluna bilər. 19 apreldən sonra Günəş sənin bürcünə keçəndə gücün bərpa olunur və özünü daha sabit, daha inamlı hiss edəcəksən. Maddi məsələlərdə ehtiyatlılıq ön planda olmalıdır. Ayın sonuna doğru həm görünüş, həm də şəxsi qərarlar baxımından yenilənmə hissi yarana bilər. Uranın uzun təsir dövrünün bağlanması səndə “köhnəni burax, yeniyə keç” enerjisi yaradır.
Əkizlər
Aprel sənin üçün sosiallaşma, əlaqələr və yeni ideyalar ayıdır. Dost çevrəsi, kollektiv layihələr və yeni tanışlıqlar güclənə bilər. Ayın sonundakı Uranın Əkizlərə keçidi sənin üçün xüsusilə önəmlidir. Bu, uzunmüddətli olaraq düşüncə tərzində, özünü ifadədə və həyat ritmində böyük dəyişikliklər gətirə bilər. Ay ərzində gələn yeni təklifləri ciddi dəyərləndir.
Xərçəng
Bu ay əsas vurğu ev, ailə, emosional təhlükəsizlik və karyera arasında balans qurmaq üzərindədir. 1 aprel dolunayı ailə münasibətləri və yaşadığın mühitlə bağlı qərarları gündəmə gətirə bilər. İş həyatında yön dəyişmək, prioritetləri yenidən qurmaq ehtiyacı yarana bilər. Ayın ikinci yarısında özünü daha sabit hiss etsən də, emosional sərhədlərini qorumaq vacib olacaq.
Şir
Aprel sənin üçün yüksəliş və diqqət cəlb etmə ayıdır. Təhsil, səyahət, yeni ideyalar və perspektiv dəyişikliyi ön plandadır. Karyera baxımından daha cəsarətli addımlar atmaq istəyi yarana bilər. Ayın sonundan etibarən ictimai nüfuz və peşəkar çevrə ilə bağlı maraqlı dəyişikliklər mümkündür. Sosial çevrəndə “fərqli” insanlarla yaxınlaşmalar arta bilər.
Qız
Bu ay sənə dərin transformasiya enerjisi gətirir. Pul, borc, ortaq resurslar və emosional bağlar mövzusu güclənir. Köhnə qorxuları buraxmaq və daha realist maliyyə planı qurmaq üçün münasib dövrdür. Münasibətlərdə daha dürüst danışmaq lazım gələ bilər. Ayın ikinci yarısı daha rahat və sabit hiss etdirə bilərsən.
Tərəzi
Aprelin ən önəmli hadisələrindən biri 1 aprel dolunayı sənin bürcündə baş verir. Bu, münasibətlər, şəxsi sərhədlər, qərarsızlıq və emosional tarazlıq mövzusunda güclü aydınlaşma yarada bilər. Kim qalır, kim gedir bunu daha aydın görəcəksən. Ayın ortasında qarşı tərəflə bağlı yeni başlanğıclar mümkündür. Ay səndən daha açıq və qəti mövqe tələb edir.
Əqrəb
Apreldə rutin, sağlamlıq, iş rejimi və psixoloji yüklənmə mövzusu ön plana çıxır. Özünü yormamaq, bədən siqnallarını dinləmək çox vacibdir. Ayın ikinci yarısı münasibətlər və iş birliyi baxımından daha aktiv ola bilər. Öyrənmə, yeni sistem qurmaq və planlı hərəkət etmək sənə fayda verəcək.
Oxatan
Bu ay yaradıcılıq, romantika, əyləncə və özünü ifadə etmə mövzularında canlanma var. Duyğusal olaraq nəyin səni həqiqətən həyəcanlandırdığını daha yaxşı anlayacaqsan. Köhnə münasibətləri düzəltmək və ya yarımçıq qalan hissləri tamamlamaq üçün fürsət çıxa bilər. Ancaq həddən artıq idealizmə qapılmamaq vacibdir.
Oğlaq
Aprel sənin üçün ev, ailə, şəxsi təməl və daxili sabitlik mövzusunu gücləndirir. Yaşayış yeri, ailə içi münasibətlər və gələcək planlarla bağlı vacib qərarlar gündəmə gələ bilər. Ayın ortasından sonra sevgi və yaradıcılıq enerjisi yüksəlir. Risk almaq istəsən də, bu ay ən uğurlu addım planlı risk olacaq.
Dolça
Bu ay ünsiyyət, sənədlər, yaxın çevrə, qısa səfərlər və məlumat axını çoxalır. Düşüncələrini daha aydın və daha sərt ifadə edə bilərsən. Ayın sonundakı Uran keçidi yaradıcılıq, sevgi və özünü ifadə sahəsində sürpriz dəyişikliklər gətirə bilər. Yeni ideyalar qəfil gələcək və onların bəzisi gələcəkdə böyük layihəyə çevrilə bilər.
Balıqlar
Apreldə əsas mövzu pul, dəyər, özünəinam və maddi sabitlikdir. Ayın əvvəlində emosional qərarlarla maliyyə qərarlarını qarışdırmamaq vacibdir. Ayın ikinci yarısında qazanc, alış-veriş, investisiya və şəxsi resurslarla bağlı daha aydın baxış formalaşır. Yaradıcılıq sahəsində isə ay kifayət qədər məhsuldar görünür.



