Türkiyədə 9 nəfəri öldürən Arasın elə mesajları ÜZƏ ÇIXDI ki… – ŞOK Olacaqsınız!

Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş dəhşətli məktəb qətliamının pərdəarxası məqamları və cinayəti törədən yeniyetmənin tükürpədici planları üzə çıxıb. 14 yaşlı İsa Aras Mersinlinin qanlı aksiyadan əvvəl qapalı platformalarda paylaşdığı mesajlar, hadisənin təsadüf deyil, addım-addım hazırlanmış bir cinayət olduğunu sübut edir.
NOCOMMENT.az xəbər verir ki, “Ayser Çalık” orta məktəbində 9 nəfərin ölümü, 20 nəfərin isə yaralanması ilə nəticələnən insidenti törədən VIII sinif şagirdinin “Discord” platformasındakı yazışmaları ifşa olunub. Jurnalist İhsan Yalçının əldə etdiyi məlumatlara görə, İsa Aras bu cinayəti törədəcəyi dəqiq vaxtı, hətta hədəf alacağı yaş qruplarını (V və VI sinif şagirdləri) əvvəlcədən dostları ilə bölüşüb.
Yeniyetmənin mesajlarında diqqət çəkən ən sarsıdıcı məqam isə ailədaxili şiddət iddialarıdır. O, qətliam günü səhər saatlarında yazdığı ismarışlarda atasının onu boğmağa çalışdığını və tamamilə “tükəndiyini” bildirib. Mesajlarında “Bu dünyaya nə qədər bezdiyimi göstərəcəyəm” deyən İsa, cinayətdən əvvəl xüsusi bir “manifest” hazırladığını da qeyd edib. Maraqlıdır ki, o, izini itirmək üçün internetə VPN vasitəsilə Argentina üzərindən daxil olub.
İstintaq gedişatında hadisənin daha bir dəhşətli tərəfi üzə çıxıb. Belə ki, qətliamda istifadə olunan 5 ədəd silah İsanın atası, keçmiş polis müfəttişi Uğur Mersinliyə məxsus olub. Saxlanılan ata etiraf edib ki, cəmi üç gün əvvəl oğlunu polis poliqonuna apararaq ona öz silahı ilə atış dərsləri keçib. Atanın sözlərinə görə, oğlunun ciddi psixoloji sarsıntıları olub, lakin o, bu vəziyyətdə yeniyetməyə silahdan istifadəni öyrətməkdə bir maneə görməyib.
Xatırladaq ki, aprelin 15-də məktəbə silahlı hücum çəkən İsa Aras Mersinli hadisə yerində yaralanmış və qanaxmadan keçinib. Hazırda Türkiyə hüquq-mühafizə orqanları atanın məsuliyyətsizliyini və yeniyetmənin cinayətə sövq edilməsi ehtimallarını geniş şəkildə araşdırır. Bu hadisə Türkiyədə məktəb təhlükəsizliyi və yetkinlik yaşına çatmayanların silaha çıxışı mövzusunda böyük müzakirələrə səbəb olub.




