Ölkə

Yeni nazir müavini təyin edilən Rəşad Həsənov bu tanınmışın oğlu imiş… – ÜZƏ ÇIXDI

Xəbər verdiyimiz kimi, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müavini təyin edilib.

Onlayn.media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Müsəllim oğlu Həsənov nazir müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Rəşad Həsənov bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində işləyib.

Məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiqləyiblər. Beləliklə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.

Məlumata görə, Rəşad Həsənov tanınmış jurnalist, ssenarist, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur. Qeyd edək ki, Müsəllim Həsənov son illər İctimai televiziyada nümayiş olunan sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı kimi tanınıb. /modern.az

Onlayn.Media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu