Şou xəbərləri
Xoşqədəm Hidayətqızının görün neçə yaşı oldu – Doğuş onu belə təbrik etdi…

Dünən tanınmış aparıcı və jurnalist Xoşqədəm Hidayətqız 52 yaşını qeyd edib. Aparıcı ad gününü ailəsi və yaxın dostlarının iştirakı ilə şəhərin tanınmış restoranlarından birində keçirib.
Onlayn.media xəbər verir ki, Türkiyəli müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə bağlı sosial şəbəkədə paylaşım edib və onu ad günü münasibətilə təbrik edib. İfaçı yazıb:
“Birlikdə güldüyümüz, ağladığımız, böyüdüyümüz bütün illər üçün təşəkkür edirəm. Yeni yaşın sənə xoşbəxtlik, bizə isə daha çox xatirə gətirsin. Nə yaxşı ki, doğulmusan, həyat yoldaşım. Nə yaxşı ki, varsan”.
Qeyd edək ki, Xoşqədəm Hidayətqız və Doğuşun bu nikahdan Arın və Arda adlı əkiz övladı var. Milli.Az



