Şou xəbərləri

Velizar yenidən həbs olundu? – Gecə canlı yayımda polislər gəldi

“TikTok” platformasında “Velizar” ləqəbi ilə tanınan Salman Məmmədovun saxlanıldığı bildirilir.

Onlayn.media xəbər verir ki, Patrulaz.az-ın əldə etdiyi məlumata görə, Salman Məmmədov canlı yayımda olan zaman evinə polis əməkdaşları gəlib. Bildirilir ki, səs-küy səbəbindən qonşular tərəfindən şikayət daxil olub. Polis əməkdaşları şikayət əsasında müdaxilə edərək onu saxlayıb. Hadisə zamanı canlı yayım dərhal dayandırılıb.

Qeyd edək ki, “Velizar” ləqəbi ilə tanınan Salman Məmmədov qısa müddət əvvəl “TikTok”da söyüş və əxlaqsız davranışların təbliği ilə bağlı inzibati qaydada 30 sutka həbs edilmişdi.

Onlayn.Media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu