Sosial mediada polisi təhqir edən gənc qız GÖRÜN KİM İMİŞ – Həbs olundu

Türkiyənin Samsun vilayətinin Atakum rayonunda sosial şəbəkələrdə polisi hədəf alan təhqiramiz videolar paylaşan İ.K. adlı qadın vətəndaşların müraciəti əsasında saxlanılıb. Polis tərəfindən aparılan əməliyyat nəticəsində İ.K. qısa müddətdə müəyyən edilərək nəzarətə götürülüb.
Onlayn.media türk mediasına istinadən xəbər verir ki, məlumata görə, İ.K. sosial media hesabında paylaşdığı videoda polis əməkdaşlarını açıq şəkildə təhqir edib və nalayiq ifadələr işlədib. O, paylaşımında hüquq-mühafizə orqanlarına müraciətlə “Məni hər yerdə axtarırsınız, tapın görək. Özüm vaxtını biləndə təslim olacağam” kimi ifadələr səsləndirib.
Videonu görən vətəndaşların məlumat verməsindən sonra hərəkətə keçən polis əməkdaşları İ.K.-nı saxlayaraq ifadə verməsi üçün polis bölməsinə aparıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs barəsində əvvəllər “təhdid” maddəsi ilə 5 ay müddətinə qəti qüvvəyə minmiş həbs cəzası mövcuddur.
Onlayn.media/Səkinə Yusifova



