Şou xəbərləri

Səidə Bəkirqızından iranlı aparıcıya sərt sözlər – “Baş bağlamaqla müsəlman olmaq olsaydı…”

Jurnalist Səidə Bəkirqızı İran kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən “Səhər” telekanalının “Səhər salamı” verilişinin aparıcılarına ironik cavab verib. Aparıcı “Səhər” kanalını “Zəhər” kimi təqdim edərək sərt ifadələrlə çıxış edib.

Musavat.com xəbər verir ki, o bildirib ki, sadəcə, zahiri görünüşlə dindarlıq ölçülə bilməz və bu yanaşmanı tənqid edib.

S.Bəkirqızı deyib:

“Baş bağlamaqla müsəlman olmaq olsaydı, onda nə var idi ki. “Zəhər” kanalının “Səhər salamı” verilişiin aparıcıları, baş rolun ifaçısı, əfi ilan, baş kobra, xanım xanımcıq… Bunlar qeyrət deyəndə İranı nəzərdə tuturlar. Bizə deyirlər ki, qeyrətiniz var idisə, niyə ermənilər gəlib sizin məcidlərdə donuz saxlayırdılar. Ay peyinbaş, başınıza Azərbaycan boyda daş düşüb. Sürünsəniz də altından çıxa bilmirsiniz. Bədbəxtin buynuzu olmur ki? Donuz həm də sənin müqəddəsinə toxunur. Ağayi baci, məscid sənin deyil? Məscid müsəlmanlarındır. Siz hansı dindən, dəyərdən, müsəlmanlıqdan danışırsınız. Məsciddə donuz saxlanılmasına özü donuz olanlar göz yuma bilər. Ay, İslam ümməti, Qarabağı narkotik plantasiyaın çevirmişdiniz. Əraziniz böyükdür, gəlin çıxın başımızda oturum. Qarabağ işğal olunandan sizin yuxunuz ərşə çəkilib. Deyin ki, it kimi qorxursunuz. Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz. Ay bədəxtlər, İsrail və Amerika başınıza dron yağdırır. Bizə nə verib ala bilmirsiniz? Səfiliyimizdə terror törədəcək qədər cılız və ucuzsunuz. Sən kimsən ki, mənim rəhbərimi müzakirə edirsən? Tonlarla humanitar yardım göndərmişik, zəhəriniz olsun. Ay yazıqlar, siz hələ İsraldə bir ciddi məmuru öldürə bilməmisiniz. Qeyrəti siğə olanların qeyrəti də bir başqa olur. Susun!”.

Onlayn.Media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu