Dünya

Sağ olduğu üzə çıxan Mahmud Əhmədinejadın son görüntüləri yayıldı – Bu halda imiş

Xəbər verdiyimiz kimi, ABŞ və İsrailin hücumları zamanı öldüyü iddia edilən İranın sabiq prezidenti Mahmud Əhmədinejad ilə bağlı yayılan xəbərlərin doğru olmadığı məlum olub.

Onlayn.media xəbər verir ki, bir müddət əvvəl sosial şəbəkələrdə və bəzi media resurslarında Əhmədinejadın hücumlar zamanı həlak olduğu barədə məlumatlar yayılmışdı. Lakin sonradan bu iddialar təkzib edilib və onun sağ olduğu açıqlanıb.

Sabiq prezidentin son görüntüləri də ortaya çıxıb. Bildirilir ki, Mahmud Əhmədinejad şəhidlər məzarlığını ziyarət edərkən kameraya tuş gəlib. Yayılan görüntülər onun sağ olduğunu bir daha təsdiqləyib.

Qeyd edək ki, ABŞ və İsrailin bölgədə həyata keçirdiyi hərbi əməliyyatlardan sonra İranın bir sıra tanınmış şəxsləri ilə bağlı müxtəlif iddialar yayılır. Mahmud Əhmədinejad haqqında yayılan ölüm xəbərləri də həmin məlumatlar sırasında yer almışdı.

Xatırladaq ki, Mahmud Əhmədinejad 1956-cı ildə İranın Simnan əyalətində anadan olub. O, 2005-2013-cü illərdə İranın altıncı prezidenti vəzifəsində çalışıb. Prezidentlik müddəti başa çatdıqdan sonra, 2013-cü ildə İranın ali rəhbəri Əli Xameneinin qərarı ilə Məsləhət Şurasının üzvü təyin edilib. 2017-ci ildə yenidən prezidentliyə namizəd olmaq istəsə də, müraciəti qəbul edilməyib. Milli.az

Onlayn.Media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu