Şou xəbərləri
Meyxanaçı Samirənin qızı qeyri-etik ifadələrinə görə polis tərəfindən saxlanıldı

Müğənni Fərəh Samirəqızı saxlanılıb.
Onlayn.media xəbər verir ki, Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb.
O, yaxın saatlarda məhkəmə qarşısına çıxarılacaq.
Qeyd edək ki, müğənni Fərəh meyxanaçı Samirənin qızıdır.
Onun sosial mediada həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb. (lentaz)



