Maraqlı
Melisa adını mənası nədir? Melisa nə deməkdir?

Melisa bu il Azərbaycanda uşaqlara qoyulan ən məşhur qız adıdır.
Onlayn.media bildirir ki, adın mənşəyi qədim Yunan dilinə dayanır. “Melissa” sözü yunanca “bal arısı” mənasını verir. Yunanca “μέλισσα” (melissa) “arı” deməkdir. Bu adın kökü isə təbiət və təmiz enerji ilə bağlıdır, çünki bal arısı həm çalışqanlığı, həm də faydalılığı ilə tanınır.
Melisa adı daşıyan insanlar adətən mehriban, zəkalı, yaradıcı və insanlarla ünsiyyətdə müsbət təsir bağışlayan şəxsiyyətlər kimi qəbul edilir. Həmçinin bu ad, arının şirin bal hazırlaması ilə əlaqələndirildiyindən, xoş və şirin xarakteri simvolizə edir.
Müasir dövrdə Melisa adı həm Azərbaycanda, həm də dünya üzrə geniş yayılmışdır və uşaq adları arasında populyardır.
Pəri Muradlı



