Leylanın meyiti sudan, övladınınki otaqdan tapıldı – Qətl, yoxsa faciə?

Bəzən bir hadisə olur və sən nə qədər oxusan da, nə qədər dinləsən də, içində bir sual qalır: burada nəsə çatmır.
Bu gün sizi Kürdəmir rayonunun Şüşün kəndinə aparırıq. Sakit, kiçik bir kəndə. Və bir gecəyə… iki ölümün sığdığı bir gecəyə. 2020-ci il, fevralın 22-si. Səhər açılır. Hər şey adi görünür. Ta ki evin həyətindəki quyuya baxılana qədər. Evin sahibəsi həyətə gəzərkən təxminən bir metrlik su quyusunun içində bir cüt insan ayağı görür… Kimsə başıaşağı su quyusunun içində idi… Qadın qorxaraq evə qaçır və həyat yoldaşına deyir ki, kimsə həyətimizdəki quyuya düşüb. Ər-arvad quyunun yanımna qayıdır. Onlar düşünür ki, yoldan ötən kimsə, hansısa məqsədlə onların həyətinə girib və bu zaman quqyudan xəıbərsiz olub, ora düşüb. Beləcə suyunun içində olan insan ayaqlarından yapışaraq sudan dartıb çıxarırlar. Quyudan çıxan insan başqası yox, onların doğmaca gəlinlərə Leyla Cəfərova idi.
Ətraflı videoda:



