SosialÖlkə

Kafedə ofisiant qızla tanış oldu, öz arvadını qətlə yetirdi – Azər hadisəni necə gizlətmək istəyirdi?

Bu tükürpədən hadisə bu il – 2025-ci ilin martında Naxçıvan Mustar Respublikasında – Sədərək rayonunun Sədərək kəndində baş verib.

2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Qısa müddət sonra hadisənin intihar olmasına əsaslı şübhələr yaranıb… Şübhələr mərhumun həyat yoldaşı 34 yaşlı Azərə yönəlib… İstintaqçılar Azərin həyat yoldaşını öldürüb sonra onu kəndirdən asması və bu yolla izi itirmək istəmisindən şübhələnib… Təxminən bir ay əvvəl, 2025-ci ilin oktyabrında məhkəməsi baş tutmuş bu cinayət hadisəsinin tükürpədən detallarını təqdim edirik… Verilişimizdə istintaq materialları ilə yanaşı mərhum Aytac İbrahimlinin qardaşı İsa Kərimlinin TV11-ə verdiyi məlumatlar da yer alacaq… Beləliklə, yeni il bayramı günü başlayıb, Novruz bayramı günü bitən bir xəyanəti və bu xəyat fonunda hər kəsi şoka salan dəhşətli cinayəti təqdim edirik… Azər Sədərək kənd orta məktəbində səkkizinci sinfə qədər təhsil alıb. Hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlcə yaşıllaşdırma idarəsində çalışıb. O, Aytacla 2021-ci ildə tanış olub, təxminən 23 ay tanışlıqdan sonra elçilik mərasimi ilə Ağcabədiyə gediblər. Ailə həyatı quran cütlüyün bu izdivacdan iki uşaqları dünyaya gəlib. Azər və Aytac 4 il əvvəl evlənsələr də hadisədən 3-4 ay əvvələ qədər mehriban yaşayıblar. Bütün problemlər 2024-cü ilin sentyabr ayında Azər TIR sürücüsü kimi işə başladıqdan bir müddət sonra yaranıb. Azər ifadəsində qeyd edir ki, yük avtomobili sürücüsü kimi işlədiyi zaman yolüstü dayanacaqlardan birində fəaliyyət göstərən yeməkxanada ofisiant işləyən bir qızla tanış olub. Onunla münasibətləri yanvar ayının 1-dən başlayıb. Təqsirləndirilən şəxs həmin qadınla münasibətə başlamazdan əvvəl arvadı Aytacla münasibətlərinin ümumilikdə normal olduğunu, yalnız ara-sıra cüzi ailə mübahisələrinin yaşandığını qeyd edib.

Onlayn.Media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu