FHN əməkdaşından qisas əməliyyatı: “Arvadının şəklini mağazanın divarından asıblarmış…

Bir qadının üçcə ay satıcı işləməsi fonunda yaranan cinayət dramını təqdim edirik. O, rəhbərlik tərəfindən mağazadan 1000 manat oğurlamaqda ittiham olundu, şəkli mağazada divara yapışdırldı… Qadının əris isə bu məşəqqətə dözməyib qisas planı hazırladı. Adətən filmlərdə rastlaşdığımız, lakin Əmircanda baş vermiş faciəvi dramı təqdim edirik. Tahir Hüseynov 2014-cü ildən Suraxanı Rayon Dövlət Yanğından Mühafizə İdarəsində sürücü işləyib. İşdə olmadığı günlərdə icarə əsasında idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırıb. 2019-cu ildə arvadı Zülfiyyə Hüseynova Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən “Ballı” marketin parfümeriya şöbəsində satıcı işləməyə başlayır. Tahir Hüseynov deyir ki, üç aydan sonra mağazalar şəbəkəsinin müdürü Elman Əsədov malların satışından əldə edilmiş min manat məbləğində pulu xəzinəyə mədaxil etməməkdə günahlandıraraq, yoldaşını əsassız olaraq işdən azad edib. Arvadı bu barədə ona məlumat verəndən sonra onun iş yerinə gedərək müdürlə söhbət edib. Elman Əsədov yoldaşının kassaya pul ödəməli olduğunu bildirərək onu hədələyib və polisə məlumat verib. Bununla bağlı 31-ci polis bölməsində araşdırma aparılıb. Elman Əsədovun tələbi əsasında marketə 400 manat ödəsə də, qalan məbləği qaytarmayıb. Günlərin birində həmin marketə getdikdə arvadının şəklinin lövhədə asıldığını və altında oğurluq edən şəxs kimi qeyd edildiyini görüb. Bundan əsəbiləşərək Elman Əsədovdan qisas almaq qərarına gəlib. Yanvar ayında mərhum atasından qalan ov tüfəngini və 7 ədəd patronu götürərək Xəzər rayonunun Buzovna qəsəbəsində kirayə tutduğu evə aparıb. Orada mişarla tüfəngin lüləsini və qundağını kəsərək təyinatını dəyişdirib, patronların içərisinə güllə, qırma əvəzinə mismar qırıqları doldurub.
Davamı TV11-in videosunda:



