Əməkdar artistdən boşanmış qadınlarla bağlı ŞOK SÖZLƏR: “İstəyir incisinlər, yenə deyəcəm…”

Xına məclisini başıbütöv adam aparar: oğlu, qızı, həyat yoldaşı, nəvəsi olan. Xeyir-duanı kiçiyə böyük verər. Orada xoşbəxtlik olsun deyə bunu belə insan edər. İndi sözümdən inciyən varsa, öz işidir. Əvvəl evdə böyüyün sözü keçərdi. Böyük məclisə kimi çağırırdı, o, gəlirdi. Deyirdilər, məclisi sanballı, dünyagörmüş aparsın. İndi böyüklər qalıb kiçiklərin arasında. Boşanmış qadının xına aparması düzgün deyil. İstəyir incisinlər, istəyir nə edir etsinlər. Mənim fikrim budur”.
Bu sözləri Əməkdar artist Gövhər Rzayeva “Öz aramızda” verilişində deyib. Qarmon ifaçısının bu sözləri digər xına aparanların xoşuna gəlməyib.
Proqrama zəng edən rəqqasə Fatimə Fətəliyeva musiqiçinin sözlərinə etiraz edib:
“Kim başıbütövdür bilmirəm. Heç kim nədənsə sığortalanmayıb. Bilmək olmaz ki, sabah kim başıbütöv, kim yarım olacaq. Gövhər Rzayeva ulu nənələrdən eşitdiyini deyir. İndi müasir zəmanədir. Qızlar elə şeylər istəyir ki… (Axşam.az)



