Ölkə

Ekstrasens Zirəddin Rzayev itinə şeir yazdı – “Danladım, sakitcə üzümə baxdı…”

Tanınmış ekstrasens Zirəddin Rzayev illərdir yanında olan itinin ölümü ilə bağlı şeir qələmə alıb. 

Sfera.az xəbər verir ki, bu barədə Z.Rzayev özü sosial şəbəkə hesabında paylaşım edib.

Ekstrasens şeirində itinə olan dərin bağlılığını, onunla keçirdiyi illəri və ayrılığın yaratdığı ağrını poetik dillə ifadə edib. Müəllif dostluğun, sədaqətin və zamanın qəddarlığının ağrısımı xüsusi vurğulayır. Şeirdə itin ömrünün rəqəmlərlə deyil, yaşatdığı duyğularla ölçüldüyü qeyd olunur.


Şeiri təqdim edirik:

Gərəksiz ömrünün otuz yaşında,
O məni seçəndə dörd aylıq idi,
Uşaqlıq havası vardı başında,
Hər şəyə həvəsli, maraqlı idi.
Yaxşı yadımdadır, unutmamışam,
Əlimdə dəyişdi süd dişlərini,
Mən onu öyrətdim hər səhər-axşam,
Tərgidə bilmədim vərdişlərini.
Dişi ilə hər şeyi qırıb-dağıtdı,
Mənə əziz olan əşyaları da,
Danladım, sakitcə üzümə baxdı,
Məsumluq var idi baxışlarında.
Beləcə zamanla hər şey dəyişdi,
Otuzdan qırx dördə addımlamışdım.
O isə ömrünün on üç yaşında,
Səksəni, doxsanı yaxalamışdı.
Dünyanın qəribə işləri vardır,
Qönçələr tez solur açılan güldən,
Ömür uzunluğu asılı deyil,
Ömürdә yaşanan aylardan, ildən.
Gözlərim hər yerdə axtarır onu,
Yuxularda belə tapa bilmirəm.
Budurmu dostluğun dəhşətli sonu,
O getdi, mən ona çata bilmirəm.
İndi dərdlərimlə baş-başa qaldım,
Dərdimi kiminlə bölüşəcəyəm?
Onu son mənzilə mən yola saldım,
Gün gələr onunla görüşəcəyəm.

Qeyd edək ki, Zirəddin Rzayev daha əvvəl də sosial şəbəkələrdə şəxsi həyatına və duyğularına dair səmimi paylaşımları ilə gündəmə gəlib.

Onlayn.Media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu