Şou xəbərləri

Efirdə məşhur müğənnilər bir-birini BİABIR ETDİ – “İkiüzlü də özünsən, yalançı da…”

Müğənni Ülviyyə Namazova və həmkarı Arzu Mirzəyeva arasında gərginlik müzakirəyə səbəb olub.

Onlayn.media Milli.Az-a istinadən xəbər verir ki, “Rəngarəng” verilişində yaşanan gərginliyə səbəb Ülviyyə Namazovanın Arzunu qeyri-səmimi adlandırması olub. Bu açıqlama qarşı tərəfi də kəskin reaksiya verməyə vadar edib.

Arzu Mirzəyeva cavabında bildirib:

“Qeyri-səmimi və ikiüzlü olmaqla bağlı sözlərin altında çox mənalar yatır. İkiüzlü, yalançı və s. qeyri-səmimi ifadələr sənin kimi insanlara deyilir. İkiüzlü də özünsən, yalançı da… Bu, Vəfa və Pünhanla yaşadığın qalmaqallarda təsdiqləndi”.

Sözgedən açıqlama sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

Ətraflı videomaterialda:

Onlayn.Media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu