rəqsanə

Danışıqdan əlavə o toydan ana-bala 1 milyon pul götürdük - Rəqsanədən həmkarlarına MESAJ

13 Aprel 2025
216

Müğənni Rəqsanə İsmayılova həmkarlarına mesaj yollayıb.

Onlayn.media bildirir ki, evinin mətbəxində video çəkdirib sosial şəbəkə hesabında yayan sənətçi məclislərdə onlara verilən pulları sosial-şəbəkələrdə paylaşan ifaçıları qınayıb.

Həmin pullardan dəfələrlə artığının məclislərdə ona verildiyini deyən ifaçı həmin pulları əziyyətlə qazanan insanlara nümayiş etdirməyin doğru olmadığını bildirib.

Sənətçi toyların birindən 1 milyon rus rublu qazandığını deyərək sözlərinə davam edib.

Daha ətraflı videoda: