İdman

Cokoviç istefa verdi

Məşhur serbiyalı tennisçi Novak Cokoviç təsis etdiyi Peşəkar Tennis Oyunçuları Assosiasiyası (PTPA) ilə yollarını ayırıb.

Milli.Az-ın məlumatına görə, Cokoviç qurumdan ayrıldığını sosial şəbəkələrdə açıqlayıb. Tennisçi bildirib ki, onun şəxsi yanaşması ilə təşkilatın cari istiqamətləri artıq uyğunlaşmır.

Qeyd edək ki, Novak Cokoviç PTPA-nın yaradılmasında kanadalı tennisçi Vaşek Pospişil ilə birlikdə 2019-cu ildə əsas rol oynamışdı. Bu addım, dünya tennisində oyunçuların maraqlarını daha effektiv şəkildə qorumaq məqsədilə atılmışdı.

Onlayn.Media

Bir yanıt yazın

Başa dön tuşu