Bakıda toyu olan 93 yaşlı alim görün kim imiş – Haqqında şok faktlar üzə çıxdı

Bakıda 93 yaşlı kişi ilə 42 yaşlı qadın ailə qurub.
Yenilik.az Savaşmedia.az-a istinadla xəbər verir ki, onların toyundan görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, bəy və gəlin tanınmış insanlardır. Belə ki, bəy Roald Zinnuroviç Saqdayev məşhur Amerika və rus akademiki, görkəmli alim, gəlin Yelena Popova isə məşhur bəstəkar, pianoçudur.
Onlar hazırda Amerikada yaşayırlar.
Görüntülərdən toyu Elza Seyidcahanın apardığı məlum olub.
Tribuna.az vikipedik məlumatlara əsasən bildirir ki, Roald Zinnuroviç Saqdeyev sovet və ABŞ fizikidir. Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (SSRİ EA-nın üzvü, 1968-dən). 1973–1988-ci illərdə Rusiya EA-nın Kosmik tədqiqatlar institutunun direktoru. SSRİ Ali Sovetinin deputatıdır (1987–1989), SSRİ xalq deputatı (1989–1991). Sosialist Əməyi Qəhrəmanıdır (1986).
Tatar ailəsində dünyaya gəlib[6]. 4 yaşı olarkən ailəsi ilə Kazana köçür. Burada o, 19 nömrəli orta məktəbi gümüş medalla bitirmiş[, ardınca 1950-ci ildə Moskva Dövlət Universitetinə qəbul olunaraq oranın Fizika fakültəsini bitirmişdir.Burada ona dərs deyən Lev Landau özünün laboratoriya müdiri olduğu Elmlər Akademiyasının Fizika İnstitutunda Saqdeyevi işə götürmək istəsə də, universiteti bitirdikdən sonra onun təyinatını Çelyabinskə verirlər, lakin Landau və Sergey Kapitsanın sayəsində İqor Kurçatov Saqdeyevi Atom Enerjisi İnstitutuna işə götürür. Saqdeyev, həmçinin Nüvə Fizikası İnstitutunun Sibir bölməsində işləyirdi. Elmlər Akademiyasının Fizika İnstitutunda dissertasiya müdafiə etmişdir. 36 yaşında SSRİ EA-nın akademiki seçilmişdir. Dissidentlərə qarşı proseslərdə vətəndaş azadlıqlarının pozulmasına dair Sovet rəhbərliyinə ünvanlanan məktubları imzaladığına görə təzyiqlərə məruz qalmışdır.
Birinci həyat yoldaşı — Tema Davidovna Frank-Kamenetskaya (d. 1932), fizik David Frank-Kamenetskinin qızı, fizik Albert və Maksim Frank-Kamenetskilərin bacısı
Uşaqları — Anna və İqor
1980-ci illərdin sonunda, ABŞ-də ezamiyyətdə olarkən, ikinci həyat yoldaşı Syuzen Eyzenhauerlə (prezident Duayt Eyzenhauerin nəvəsi) tanış olur. 1990-cı ildə onlar evlənir, 2007-ci ildə isə boşanıblar.
2022-ci ilin fevralında rusiyalı alim və elmi jurnalistlərin Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyən və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına səsləyən açıq məktubunu imzalayanlardan biri olmuşdur.








