Ölkə
Bakıda sevgilisinilə birgə 6 yaşlı uşağa işgəncə verən şəxs bu “general-mayor”un oğlu imiş

Bakıda əvvəllər özünü “general-mayor” kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun oğlu Ayxan Ələkbərli saxlanılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, buna səbəb onun azyaşlıya işgəncə verməsi olub.
Məlumata görə, Ayxan Ələkbərli Bakıda sevgilisi ilə birgə 6 yaşlı azyaşlıya işgəncə verməkdə təqsirləndirilir.
Faktla bağlı aparılan araşdırmalar nəticəsində o, saxlanılaraq məsuliyyətə cəlb edilib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.



