Ölkə
Bakıda məktəbdə silahlı insident – Şagird riyaziyyat müəllimini yaraladı

Bakı şəhəri Ziya Bünyadov 3 (Keçmiş Karl Marks heykəli ilə üzbəüz) ünvanında yerləşən İdrak Liseyində silahlı insident baş verib.
Onlayn.media xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.
Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.(Unikal)



