Sosial
Bakıda bu şəxslərə 1340 manatdan pul veriləcək – Razılıq gözlənilir

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək.
Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu 92/352 ünvanındakı binadan gedir.
1908-ci ildə inşa olunan yaşayış binası hazırda qəzalı vəziyyətdə olduğu üçün plana düşüb.
Qeyd edək ki, evlərin hər kvadratmetrinə 1340 AZN kompensasiya təklif olunur. Sakinlərlə razılıq əldə olunacağı təqdirdə söküntü işlərinə start veriləcək. /Baku.vs



