Şou xəbərləri

Azərbaycanlı müğənni hər kəsi ağlatdı: “Papağını iyləyib qoxusunu alıram” – VİDEO

Müğənni Arzu Mələk qatıldığı televiziya proqramında duyğusal anlar yaşayıb.

Milli.Az xəbər verir ki, ifaçı mərhum atasını xatırlayaraq göz yaşlarını saxlaya bilməyib.

Canlı efirdə atasının xatirəsindən danışan sənətçi onunla olan son yazışmalarını və söhbətlərini yada salıb. Bu məqamda kövrələn Arzu Mələk hisslərinə hakim ola bilməyərək ağlayıb.

Onun səmimi etirafları və duyğusal çıxışı studiyada və ekran qarşısında olan izləyiciləri də təsirləndirib. Sosial şəbəkələrdə sənətçiyə dəstək mesajları yazılıb, bir çox izləyici ona səbir və güc arzulayıb.

Proqram zamanı yaşanan həmin anlar qısa zamanda sosial mediada yayılaraq müzakirə mövzusuna çevrilib.

Onlayn.Media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu