Şou xəbərləri
Alim Qasımovun nəvəsinin toyunda bunlar qadağan olacaq – Maraqlı detallar üzə çıxdı

Yanvarın 16-da Xalq artisti Alim Qasımovun nəvəsi Mövlanənin toyu olacaq.
Onlayn.media Axşam.az-a istinadən məlumatına görə, şəhər restoranlarından birində keçiriləcək məclisdə Mövlanənin anası Əməkdar artist Fərqanə Qasımova qonaqlarına qadağa qoyacaq.
Belə ki, muğam ifaçısı məclisdə spirtli içki verilməsini istəmir.
Bundan başqa, toyda kişilər zalın yuxarı, qadınlar isə aşağı hissəsində oturacaqlar.
Qeyd edək ki, Mövlanə ötən ilin yanvarında Fərid adlı bəylə nişanlanıb.



