Şou xəbərləri
Aktyor Elməddin Cəfərovun həyat yoldaşı GÖRÜN KİM İMİŞ – Bu səbəbdən efirlərə çıxmırmış

Aktyor Elməddin Cəfərov ilk dəfə həyat yoldaşı Zema ilə kamera qarşısına keçib.
Axşam.az xəbər verir ki, “Zaurla Günaydın” aktyorun Gəncədəki evində qonaq olub. Zema heç vaxt görüntüsünün yayılmadığından danışıb. O bildirib ki, bunu ona Elməddin qadağa qoymayıb.
“Bu, mənim öz seçimimdir” deyə, o, bildirib.
Zema müəllim çalışdığını, bir neçə kitabın müəllifi olduğunu deyib.
Qeyd edək ki, cütlüyün 2 oğul övladı var.



