Dünya

ABŞ müharibəni bu tarixə qədər bitirmək istəyir – Səbəbi üzə çıxdı

İsrailin Ynet nəşrinin yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp İranla silahlı münaqişəni aprelin 9-dək başa çatdırmağa çalışır.

Onlayn.media xəbər verir ki, məqalədə bildirilir ki, Vaşinqton mümkün hərbi əməliyyatların yekun tarixini məhz bu günə uyğunlaşdırmağı planlaşdırır.

İddialara əsasən, bu tarix təsadüfi seçilməyib. Belə ki, Trampın Israil-in Müstəqillik Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməsi və ölkənin yüksək dövlət mükafatlarından birini alması gözlənilir.

Xatırladaq ki, 2025-ci ilin dekabrında İsrailin baş naziri Benyamin Netanyahu Trampın ölkənin ən nüfuzlu mükafatına layiq görüldüyünü açıqlamışdı. Qeyd olunub ki, bu mükafat indiyədək yalnız İsrail vətəndaşlarına təqdim edilib.

Netanyahu həmçinin ABŞ prezidentini 21–22 aprel tarixlərində keçiriləcək rəsmi mükafatlandırma mərasimi üçün İsrailə dəvət edib./infoaz.media

Onlayn.Media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu