Yazın gəlişi bu 6 bürcə uğur gətirəcək – Maliyyə çətinlikləri geridə qalacaq

Bakı vaxtilə 18:45-də ölkəmizə yaz fəsli qədəm qoyub.
Sfera.az xəbər verir ki, baharla birlikdə yalnız təbiət deyil, bürclərin də həyatında yeni dönəm başlayır.
Xüsusilə bəzi bürclər yaz aylarında həm iş, həm də şəxsi həyatlarında uğur qazana bilərlər.
Qoç və Şir bürcləri bu dövrdə liderlik xüsusiyyətləri ilə fərqlənəcək. İşgüzar layihələrdə təşəbbüskar olmaq və önəmli qərarlar vermək üçün ideal zamandır.
Əkizlər və Tərəzi bürcləri sosial əlaqələrdə və ünsiyyətdə şanslı olacaq. Yeni tanışlıqlar və qarşılıqlı anlaşmalar bu bürclərə karyera və şəxsi həyatında müsbət təsir edəcək.
Buğa və Oğlaq bürcləri isə maliyyə məsələlərində uğur qazanacaq. Yatırımlar və planlaşdırılmış xərclər bu dövrdə istənilən nəticəni verə bilər.
Astroloqlar bütün bürclərə yaz aylarını aktiv və pozitiv yaşamağı, məqsəd və arzularını açıq şəkildə müəyyənləşdirməyi tövsiyə edir. Yazın enerjisi ilə yeni başlanğıclar uğur gətirə bilər.



