Bu tarixdə Azərbaycanda qar yağacaq – Hava dəyişəcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, ümumiyyətlə, yağıntı gözlənilmir. Lakin gün ərzində bəzi ərazilərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata görə, gecə temperaturu 3-6 dərəcə Selsi, gündüz temperaturu 8-13 dərəcə Selsi arasında dəyişəcək. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa düşəcək. Nisbi rütubət gecə 65-70% olacaq.
Azərbaycanın bəzi ərazilərində fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli güclü yağış və şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Bəzi ərazilərdə duman olacağı gözlənilir. Şərq küləyi bəzi ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.



