Şou xəbərləri

Nil Monze otel otağında bıçaqlandı – Görün nə üstündə

Nil Monze kimi tanınan keçmiş NİDA-çı Elsevər Mürsəllinin oteldə bıçaqlandığı iddia olunub.

Ajans.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. İddiaya görə, hadisəni törədən şəxs Mürsəllinin qaldığı otel otağına daxil olaraq Mehman Hüseynov haqqında qeyri-etik ifadələr işlədib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.

Mübahisə zamanı naməlum şəxs Elsevər Mürsəlliyə iki bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Məsələ ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.

Onlayn.Media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu