Şou xəbərləri

Aparıcı Tolik yüksək vəzifəyə təyin olunması ilə bağlı iddialara cavab verdi – Səssizliyini pozdu

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) haqqında son günlər mediada və sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb.

Onun aparıcısı olduğu veriliş bağlana bilər, eyni zamanda Space TV-də musiqi departamentinin rəhbəri vəzifəsinə təyin olunacağı bildirilirdi.

Onlayn.media-nın yaydığı məlumata əsasən, Tarix Əliyev səsləndirilən xəbərlərə sərt reaksiya verib. O, açıqlamasında dəqiqləşdirilməmiş informasiyaların tirajlanmasından narazı qaldığını vurğulayıb.

Aparıcı media nümayəndələrinə müraciət edərək bildirib ki, onunla bağlı məlumat yayarkən qeyri-rəsmi və etibarsız mənbələrə istinad edilməməlidir. O, xüsusilə sosial şəbəkə səhifələrinin rəsmi mənbə kimi təqdim olunmasına etiraz edib və təsdiqlənməmiş xəbərlərin yayılmasının ona əlavə narahatlıq yaratdığını qeyd edib.

Hazırda Tarix Əliyevin verilişinin taleyi və yeni vəzifəyə mümkün təyinatı ilə bağlı rəsmi təsdiq yoxdur. Məsələ ilə bağlı yekun qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir. Musavat.com

Onlayn.Media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu