Ölkə
Bu tarixdə etibarən Azərbaycana QAR YAĞACAQ – Hava kəskin dəyişəcək

Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Onlayn.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin fevralın 22-dən 23-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz isə 7-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqinin 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin isə 70-80 faiz təşkil edəcəyi bildirilib.



