Şagirdi tərəfindən vurulan müəllim bu məşhur nəslin qızı imiş — Özü haqqında şok məlumatlar ÜZƏ ÇIXDI

Xəbər verdiyimiz kimi,bu gün Bakıda yerləşən “idrak”liseyində 28 yaşlı müəllim Şəhla Kamilova şagirdi tərəfindən ov tüfəngi ilə güllələnib.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Açıqlanan məlumata görə,şagirdi tərəfindən odlu silahla vurulan müəllimin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.
Oxu24.com güllələnən müəllim Şəhla Fəqani qızı Kamilovla bağlı maraqlı məlumatlar əldə edib.
Şəhla Kamilova Ucar rayonunun,Qazıqumlaq kəndindəndir. 1997-ci il təvəllüdlü Şəhla Kamilova Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib.
O,Ucar rayonunda kifayət qədər tanınmış və nüfuzlu nəslin övladıdır.
Belə ki,onun ata babası Səhrab Kamilov rayonun Qazıqumlaq kənd bələdiyyəsinin uzun müddət sədri vəzifəsində çalışıb.
Kamilovlar soyadı rayonda kifayət qədər tanınıb,bu soyadı daşıyan bir neçə şəxs rəhbər vəzifələrdə çalışıblar.
Ş.Kamilovanın ana babası Abduləli müəllim də rayonda olduqca tanınmış bir şəxs olub.O,rayonun Məlikballı məktəbinin uzun müddət direktoru olub.Bu nəsildən bir neçə müəllim hazırda rayonda fəaliyyət göstərir.
Qeyd edək ki,Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov da sözügedən kənddəndirlər.



