Ölkə

Müəllimini vuran şagirdin silahı haradan əldə etdiyi bilindi — Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.

Demokrat.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, hadisə bu gün saat 09 radələrində baş verib.

“Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır”.

Onlayn.Media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu