Ölkə

“Azəriqaz”da dələduzluğun İFŞASI… – TƏFƏRRÜAT

Son zamanlar qazdan istifadə və qoşulma qaydalarına edilmiş əlavələr sənədsiz evlərin kommunal xidmətlərdən istifadəsini məhdudlaşdırmışdır.

Dia.az-ın məlumatına görə, qaydaların sərtləşməsindən yararlanan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları vətəndaşların ehtiyac və inamından sui istifadə etməklə onları aldadır, yüksək məbləğdə vəsait alaraq sənədsiz evlərə sayğac quraşdırma vədləri verir.

Belə “qəhrəmanlardan” biri də Sabunçu rayonunda çalışan “Azəriqaz” əməkdaşı İbrahim İmaməliev olmuşdur. Bir neçə vətəndaşdan pul vəsaiti alaraq 1 ildən artıq müddətdə onları aldatmaqla dələduzluq yolunu seçmişdir.

Belələrinin felinə düşən vətəndaş N.Əhmədov (ad, soyad şərtidir) aidiyyatı üzrə şikayət etməklə sübutlar təqdim etmiş və nəticədə İbrahim İmaməliyevə qarşı araşdırmalara başlanılmışdır.

Hər halda, bu faktın özü belə “Azəriqaz”a aid digər idarələrdə də anoloji araşdırmaların, hüquqi qiymətləndirmənin vacibliyini zəruri edir.

Vətəndaşlara isə sözümüz budur: Belələrinə aldanmayın, kommunal xidmətlərdən istifadə hüququ ilə bağlı yalnız ASAN kommunal mərkəzlərinə müraciət edin…

Məsələ diqqətimizdədir…

Onlayn.Media

Əlaqəli məqalələr

Bir yanıt yazın

Başa dön tuşu