Ölkə
18 yaşlı Aydənin ölümünə səbəb olan hadisənin videosu yayıldı – Həmin qəza belə olubmuş…

Xəbər verdiyimiz kimi, dünən gecə Gürcüstanın Qardabani rayonunda baş verən yol qəzasında 18 yaşlı azərbaycanlı qız həlak olub.
Milli.Az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qardabani bələdiyyəsində sərxoş vəziyyətdə avtomobil idarə edən və piyadanı vuran şəxs həbs edilib:
“Daxili İşlər Nazirliyinin Qardabani Rayon Bölməsinin, Kvemo Kartli Polis İdarəsinin əməkdaşları 1992-ci il təvəllüdlü M.M.-ni yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqda və nəticədə insan ölümünə səbəb olmaqda ittiham edərək həbs ediblər” .
Qəzanı əks etdirən görüntülər yayılıb. Həmin anları təqdim edirik:



