Ramzan Kadırovun oğlu ölüb? – Həmzət elə görüntülər paylaşıldı ki…

Çeçen əsilli UFC döyüşçüsü Həmzət Çimayev sosial şəbəkədə Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, respublikanın təhlükəsizlik katibi Adam Kadırovla fotosunu paylaşıb.
Sfera.az xəbər verir ki, foto Çimayevin “Instagram” səhifəsində dərc olunub.
Fotoda ağ-qara olması A.Kadırovun ölməsi kimi dəyərləndirilib.
Paylaşıma çeçen dilində “Tsxya yol gezri dina yolsh vayn hum khir dats” sözləri yazılıb. Bu ifadəni təxminən “Bizim heç bir keçi ilə ortaq cəhətimiz olmayacaq” kimi tərcümə etmək olar.
Çimayev fotoda Adam Kadırovun yanında “konax” (çeçen dilində “kişi”) sözünü də qeyd edib.
Qeyd edək ki, yanvarın 16-da Teleqram kanalları Adam Kadırovun Qroznıda avtomobil qəzasına düşdüyü barədə məlumat yaymışdı. İddialara görə, o, xəstəxanaya yerləşdirilib və daha sonra Moskvaya aparılıb. Həmin məlumatlarda Həmzət Çimayevin də Kadırovla eyni avtomobildə olduğu və ağır xəsarət aldığı iddia edilirdi.





