Rza şah Pəhləvinin evlilik təklifinə yox deyən şahzadənin faciəli həyatı

O, 1929-cu ilin 12 noyabrında Filadelfiyada dünyaya gəlmişdi. Nüfuzlu ailənin övladı idi. O, elə qadınlardan idi ki, baxışı, təbəssümü ilə istənilən kişinin ürəyini fəth edə bilərdi. Onun çoxsaylı pərəstişkarları, sevgililəri arasında İran şahı Rza Pəhləvi də vardı. Söhbət kübar və zərif qadın olan Qreys Kellidən gedir.
1955-ci ildə Kann Film festivalında iştirak etmək üçün Fransaya gələn Qreys Kellinin həyatının axarı tamamilə dəyişdi. Monako şahzadəsi III Renye ilə tanışlığı bir ildən sora onların evlənməsi ilə nəticələndi. Bu, həm də Qreysin film karyerasına son qoydu.
Onun gəlinliyi 36 dərzi tərəfindən 6 həftəyə tikilib. Dünyanın ən bahalı gəlinlikləri arasında 5-ci yerdə dayanan bu gəlinlik 125 il yaşı olan ipəkdən hazırlanıb. Gəlinliyin orijinalı onun doğulduğu Filadelfiyada saxlanılır.
Aktrisalıq karyerasına son qoyduqdan sonra Qreys Kelli xeyriyyə tədbirlərinin təşkili ilə məşğul olur. 1981-ci ildə təşkil edilən xeyriyyə aksiyasına qatılan Kelli mərasimə bu geyimdə getmişdi. Orada o, şahzadə Diana ilə görüşür. Bu şahzadələrin taleyində çox oxşarlıq var. Onların hər ikisi yol qəzasında həlak olublar.
1982-ci il 13 sentyabr tarixində aktrisanın qızı Stefaniya ilə içində olduğu maşın qəzaya uğrayır. Aşırımlı yolda avtomobili idarə edən Kelli insult keçirir və avtomobil uçuruma yuvarlanır. Stefaniya qəzadan qurtula bilsə də, Kelli hospitalda vəfat edir.
Onun geyim tərzi, əlcəkləri, çantaları, stilini tamamlamaq üçün istifadə etdiyi bütün aksesuarları bu gün də ilham mənbəyi hesab olunur.



